Dövlət qeydiyyatından keçməyən və ya nəqliyyat vasitəsini geri qaytarmaq barədə öhdəliyə əməl etməyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Dövlət qeydiyyat nişanı olmayan və ya nişanlardan biri yerində olmayan nəqliyyat vasitələrini idarə edənlər də məsuliyyət daşıyırlar.
Saxta və ya başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanlarından istifadə də məsuliyyət yaradır.
Dövlət standartına uyğun olmayan qeydiyyat nişanları ilə avtomobil idarə edən şəxslərə də qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tətbiq olunur.
Bu tələblər Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarə edən şəxslərə şamil edilir.