Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22 060 mln. kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 2,2% azalma deməkdir.

Bu barədəHeftelik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 21 421,5 mln. kVt-saatı əmtəəlik məhsulun payına düşüb (1,7% azalma).

Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 16 697,9 mln. kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2025-ci ilin yanvar-oktyabr göstəricisindən 9,8% azdır.

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.

Onu da qeyd etmək lazımdır ki, hesabat dövründə Azərbaycanda külər stansiyaları 960,3 mln. kVt/saat, günəş stansiyaları isə 601,6 kVt/saat elektrik enerjisi istehsal ediblər ki, bu da illik müqayisədə müvafiq olaraq 13,1 dəfə və 13% artım deməkdir.

Azərbaycanda elektrik enerjisinin istehsalı:

Məhsul növləri 2026-cı ilin yanvar-oktyabr aylarında istehsal edilmişdir Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Elektrik enerjisi, mln. kVt.s 22 060 97,8
ondan əmtəəlik 21 421,5 98,3
istilik elektrik stansiyalarının istehsalı 16 697,9 90,2
su elektrik stansiyalarının

istehsalı

2 991,0 118,6
külək elektrik stansiyalarının istehsalı 960,3 13,1 d.
günəş elektrik stansiyalarının istehsalı 601,6 113
biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyaların elektriki  

170,7

 

107,3