Naftalanda 3 nəfəri avtomobil vurub.
Heftelik.az APA-ya istinadən xəbər evrir ki, Naftalan şəhəri ərazisində avtomobil yolu qarşı tərəfə keçmək istəyən məktəbliləri – 2014-cü il təvəllüdlü R.Paşazadə, 2017-ci il təvəllüdlü C.Sadıqzadə və 2015-ci il təvəllüdlü K.Abbaslını vurub.
Hər 3 piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.
TƏBİB-dən bildirilib ki, 20.11.2026-cı il tarixində saat 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Naftalan şəhəri, Heydər Əliyev prospekti ərazisindən çağırış qeydə alınıb.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2 kişi, 1 qadın cinsli yeniyetmə) Goranboy rayonuna özəl tibb müəssisəsinə hospitalizasiya olunub.
