Hacıqabulda qətl hadisəsi baş verib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhəri ərazində qeydə alınıb.
İlkin məlumata görə, rayon sakini 42 yaşlı Asim İmanov qayınatası Davud Abbasovu bıçaqlayaraq öldürüb.
Asim İmanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
