Abşeronda usta avtomobilin ehtiyat hissələrini oğurlayıb.

Heftelik.az Lent.az-a istinadən  xəbər verir ki, avtomobil sahibi “Mercedes” markalı nəqliyyat vasitəsini təmir üçün ustaya təhvil verib.

Təmir məntəqəsində avtomobilin 4 min manat dəyərində ehtiyat hissələri sökülərək oğurlanıb.

Polisin keçirdiyi tədbirlərlə oğurluğu edən usta, 28 yaşlı T.Teymurov saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir.