UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün V turun oyunları keçirilir.

Heftelik.az Apasport.az-a istinadən xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə qarşılaşıb.

İstanbul təmsilçisi rəqibini neytral meydanda – Gürcüstanın Batumi şəhərində qəbul edib.

Görüş Gürcüstanın Batumi şəhərindəki “Batumi Stadium”da keçirilib. Bakı vaxtı ilə saat 21:45-də başlayan matçı danimarkalı FIFA referisi Morten Kroq idarə edib. Ona həmyerliləri Viktor Skitte və Steffen Bramsen kömək ediblər.

Qarşılaşmanın 30-cu dəqiqəsində tribunada azarkeşlər arasında qarşıdurma baş verib.

Polis əməkdaşları “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə ediblər.

Hadisədən sonra futbolçular təhlükəsizlik məqsədilə meydançanı tərk ediblər. Daha sonra bərpa edilən və gərgin keçən qarşılaşmada sevinən tərəf “qara qartallar” olub. “Beşiktaş” rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu nəticədən sonra Türkiyə klubu 10 xal toplayaraq turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Aktivində 1 xalı olan “Hapoel” isə 33-cü sıradadır.

UEFA Avropa Liqası

Liqa mərhələsi, V tur

26 noyabr

21:45. “Beşiktaş” – “Hapoel Beer-Şeva” 2:1

Baş hakim: Morten Kroq (Danimarka)

Stadion: “Batumi Stadium” (Batumi, Gürcüstan)