Biznes belə sığortalana bilər

08 Sentyabr 2026, 01:21

Əmlakın bazar qiymətinin düşməsi nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərər sığorta ilə əhatə oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Kommersiya fəaliyyətində sığorta hadisəsi nəticəsində yaranan fasilə ilə bağlı itirilmiş fayda və əlavə xərclər də sığortalana bilər.
Bu hallar qarışıq maliyyə risklərinin sığortası sinfinə daxildir.
Sığorta ödənişi müvafiq zərərin tam və ya qismən kompensasiya edilməsini nəzərdə tutur.