Yüklərin nəqliyyat sığortası daşınma üsulundan asılı olmayaraq yükün zədələnməsi, korlanması, məhv olması və ya itirilməsi risklərini əhatə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu hallar nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzi tam və ya qismən ödənilə bilər.
Yüklərin daşınması ilə bağlı risklərin sığortalanması qeyri-həyat sığortasının əmlak sığortası siniflərinə daxildir.
Sığorta ödənişinin məbləği müqavilə üzrə müəyyən edilmiş şərtlər əsasında hesablanır.
