Avtomobil yollarında və nəzarət edilən zonalarda bir sıra işlərin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması tələb olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Yolun hərəkət hissəsində, velosiped yollarında və səkilərdə materialların yığılması və predmetlərin saxlanılması razılaşdırılmadan həyata keçirilə bilməz.
Geoloji, axtarış, tikinti, meliorasiya işlərinin aparılması, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsi də razılaşdırılmalıdır.
Daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılması üçün də müvafiq razılıq tələb olunur.
Yollarda sədlərin, şlaqbaumların qurulması, nəqliyyat vasitələrinin hərəkətinin dayandırılması və piyadaların hərəkətinə maneələrin yaradılması da razılaşdırılmadan qadağandır.
