Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması ilə bağlı tələblərin yerinə yetirilməsinə dövlət nəzarəti həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Hüquqi və fiziki şəxslərin qanunda müəyyən edilmiş tələblərə əməl etməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Tələbləri pozan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilə və tənbeh oluna bilərlər. Bu nəzarətin əsas məqsədlərindən biri avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmasını təmin etməkdir. Yol təhlükəsizliyi ilə bağlı tələblərin pozulması həm inzibati məsuliyyətə, həm də digər hüquqi nəticələrə səbəb ola bilər.