Fiziki şəxslər müəyyən edilmiş qaydalara uyğun olaraq avtomobil yollarında sərbəst və maneəsiz hərəkət etmək hüququna malikdirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Vətəndaşlar yol hərəkəti şəraiti, hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsinin səbəbləri barədə məlumat almaq hüququna malikdirlər. Onlara yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məmulat və xidmətlərin keyfiyyəti haqqında məlumat da verilməlidir. Yol-nəqliyyat hadisələri zamanı qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət büdcəsi və ya icbari tibbi sığorta vəsaiti hesabına tibbi yardım və digər təcili kömək göstərilir. Yol təhlükəsizliyi tələblərinə uyğun olmayan yollar səbəbindən yaranmış qəza nəticəsində dəyən zərərin ödənilməsi də qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilə bilər.

