Yol hərəkəti təhlükəsizliyinin əsas istiqamətlərindən biri yol-nəqliyyat hadisələrinin qarşısının alınmasıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, hadisələrin nəticələrinin ağırlığının azaldılması məqsədilə aidiyyəti dövlət orqanlarının fəaliyyəti əlaqələndirilməlidir.
Bu sahədə təhlükəsizliyin tibbi təminatı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətlərindən biridir.
Ətraf mühitin mühafizəsi və təhlükəsizlik tədbirlərinin maliyyələşdirilməsi də bu sistemin tərkib hissəsidir.
