Fiziki şəxslər yol hərəkətinin təşkili, təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə əməl etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Vətəndaşlar yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak etməli və bu məqsədlə keçirilən tədbirlərdə aidiyyəti dövlət qurumlarına kömək göstərməlidirlər.
Onlar özlərinə məxsus nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görməlidirlər.
Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı və ətraf mühitin nəqliyyatın zərərli təsirindən qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi də fiziki şəxslərin vəzifələrindəndir.
Qanun fiziki şəxslərin üzərinə digər müəyyən edilmiş tələblərə əməl etmək öhdəliyi də qoyur.
