Yollarda təmir-tikinti işləri aparılarkən təhlükəsizliyin təmin edilməsi üçün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Zəruri hallarda müəyyən istiqamətlər üzrə hərəkətin tamamilə qadağan edilməsi də mümkündür.
Bu tədbirlər yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və hərəkət şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.
Qanun ümumi istifadədə olan nəqliyyatın müntəzəm hərəkəti marşrutlarının açılması qaydasının müəyyən edilməsini də dövlətin vəzifəsi kimi müəyyən edir.
Beləliklə, yol işləri zamanı həm təhlükəsizlik, həm də nəqliyyatın təşkili nəzərə alınmalıdır.