Azərbaycan Respublikasının vətəndaşı, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləmiş şəxslər hakim ola bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb. İkili vətəndaşlığı olan və ya digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər hakim ola bilməzlər. Din xadimləri, əvvəllər cinayət törətməyə görə məhkum olunmuş və qanunda göstərilən digər kateqoriyalara aid şəxslərin də hakim olması istisna edilir. Hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçilirlər. İmtahan və müsahibələrin nəticələrinə əsasən namizədlər topladıqları ballara uyğun sıralanır və nəticələr Məhkəmə-Hüquq Şurasına təqdim olunur.