Hakim vəzifəsinə təyin olunmuş şəxslər and içməzdən əvvəl siyasi partiya və ya digər siyasi təşkilatların üzvlüyündən çıxmalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Bu barədə verilmiş ərizə hakimlərin şəxsi işlərinə əlavə edilir.
Siyasi partiya və ya başqa siyasi təşkilatın üzvlüyündən çıxmayan şəxs hakim vəzifəsinin icrasına buraxılmır.
Qanunla hakimlərin siyasətsizləşdirilməsi onların müstəqilliyinin əsas təminatlarından biri kimi müəyyən edilir.
Hakimlər ümumi maraqlar əsasında könüllülük və hüquq bərabərliyi prinsipləri ilə ictimai birliklər də yarada bilərlər.
