Hakim baxılan məsələ üzrə yekun qərar qəbul edilənədək həmin qərara dair fikir bildirməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Hakimlər məhkəmə icraatına hazırlıq dövründə işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər.
Bu qadağa məhkəmə icraatı zamanı da qüvvədədir.
Məqsəd hakimlərin qərar qəbul etməsində obyektivlik və qərəzsizliyin qorunmasıdır.
Hakimlərin digər vəzifələri isə qanunvericiliklə müəyyən edilir.
