Təyin olunmuş hakimlər vəzifələrinin icrasına başlamazdan əvvəl and içirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Andiçmə Ali Məhkəmənin Plenumunun iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə həyata keçirilir.
Hakim and içərkən ədalət mühakiməsini Konstitusiya və qanunlara uyğun, qərəzsiz və ədalətli həyata keçirəcəyini bəyan edir.
And mətnində hakimin müstəqilliyini və ləyaqətini qoruması, yüksək hakim adına hörmətlə davranması da əks olunur.
Hakimin səlahiyyətləri and içdiyi vaxtdan başlayır və o, andın mətninə imza edir.