Azərbaycan vətəndaşları müəyyən tələblərə cavab verdikdə hakim vəzifəsinə namizəd ola bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Namizədin ali hüquq təhsili olmalı və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləməsi tələb olunur.
Həmçinin namizəd Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olmalıdır.
İkili vətəndaşlığı olan və digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər hakim ola bilməzlər.
Qanun həmçinin müəyyən digər hallarda, o cümlədən əvvəllər məhkum olunmuş şəxslərin hakim vəzifəsinə təyin edilməsini istisna edir.
