Azərbaycan Respublikasının məhkəmələri hər yarım ildə bir dəfədən az olmayaraq statistika hesabatı tərtib etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Statistika hesabatlarında göstərilən məlumatların düzgünlüyünə müvafiq məhkəmə sədrləri məsuldurlar.
Məhkəmə-Hüquq Şurası məhkəmə fəaliyyətinə dair statistika hesabatlarının formalarını müəyyənləşdirir.
Şura həmin hesabatları dərc edir, ümumiləşdirir və məhkəmə fəaliyyətinin təşkilinə dair məlumatları təhlil edir.
Məhkəmə statistikası “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada da aparılır.
