Ali Məhkəmənin sədri aparat işçilərinin işə qəbul və işdən azad edilməsi məsələlərini həll edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
O, aparat işçilərinin mükafatlandırılması və intizam qaydasında cəzalandırılması barədə də qərarlar qəbul edir.
Sədr Ali Məhkəmə aparatının strukturunu, ştat cədvəlini və xərc smetasını müəyyən edir.
O, Azərbaycan Respublikası hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir.
Qanunla müəyyən edilmiş hallarda hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi və səlahiyyətlərinə xitam verilməsi barədə də Şuraya müraciət edir.
