Həyatın yığım sığortası ilə məşğul olan sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri qanunda nəzərdə tutulan hallarda müştəri uyğunluğu tədbirləri həyata keçirməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu tədbirlər sığortalıya, sığorta olunana, faydalanan şəxsə, benefisiar mülkiyyətçiyə və səlahiyyətli nümayəndəyə münasibətdə tətbiq edilir.
Həmin subyektlər məlumat və sənədlərin saxlanılması ilə bağlı qanuni tələblərə də əməl etməlidirlər.
Digər tələblər isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, hədəfli maliyyə sanksiyaları və digər normativ aktlarla müəyyən edilir.
