Qanun qarışıq maliyyə risklərinin sığortalanmasını da nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu çərçivədə əmlakın bazar qiymətinin azalması nəticəsində yaranan zərərlər sığortalana bilər.
Kommersiya fəaliyyətində sığorta hadisəsi səbəbindən yaranan fasilələr də sığorta təminatına daxil edilə bilər.
Belə hallarda sahibkarın əldən çıxan faydaları və əlavə xərcləri ilə bağlı zərərlərinin tam və ya qismən ödənilməsi nəzərdə tutulur.
Bundan başqa, gələcək mübahisələrlə bağlı hüquqi müdafiə, məsləhət və məhkəmə xərcləri üçün hüquqi xərclərin sığortalanması mümkündür.
