Qanunvericilik müəyyən kateqoriyadan olan şəxslərin sığortaçıların təsisçisi və ya səhmdarı olmasına məhdudiyyətlər qoyur.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Vətəndaşlığı olmayan şəxslər, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və müəyyən beynəlxalq təşkilatlar sığortaçıların təsisçisi və ya səhmdarı ola bilməzlər.
Fiziki şəxs səhmdar olmaq üçün səhmləri almağa kifayət qədər maliyyə vəsaitinə malik olmalı, mühüm iştirak payı əldə etdikdə isə məqbul və lazımi keyfiyyətlərə cavab verməlidir.
Hüquqi şəxslər üçün də maliyyə sabitliyi, rəhbər işçilərin uyğunluğu və digər qanuni tələblər müəyyən edilib.