Sığortaçıların Səhmdarlarının Ümumi Yığıncağı qanunvericilikdə müəyyən edilmiş əlavə səlahiyyətlərə malikdir. Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb. Yığıncaq digər hüquqi şəxslərin nizamnamə kapitalına investisiya qoyulması və başqa sığortaçının səhmlərinin alınması barədə qərarlar qəbul edə bilər. Həmçinin sığortaçının kapitalının artırılması və ya azaldılması, ehtiyatların formalaşdırılması və qiymətli kağızların buraxılması ilə bağlı məsələlər də onun səlahiyyətlərinə daxildir. Yığıncaq sığortaçının maliyyə, uçot, inzibati və kadr siyasətinin müəyyənləşdirilməsində də mühüm rol oynayır.

