Sığortaçının Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası səhmlərin ən azı 10 faizinə malik səhmdarların tələbi ilə çağırıla bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb. Belə iclasın çağırılması barədə tələb İdarə Heyəti və Audit Komitəsi tərəfindən də irəli sürülə bilər. Növbədənkənar iclas Direktorlar Şurası tərəfindən Mülki Məcəllədə nəzərdə tutulan qaydada və müddətdə çağırılır. Bu mexanizm səhmdarlara mühüm məsələlərin operativ şəkildə müzakirəyə çıxarılması imkanı verir.
