Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az  xəbər verir ki, hadisə dünən axşam saatlarında Naxçıvan şəhərində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Yevlax rayon Aşağı Bucaq kənd sakini Abbaszadə Abbas Vidadi oğlunu vurub.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsini yerləşdirilən zərərçəkənin vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.