Hacıqabulda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Heftelk.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Şirvan şəhər sakini 45 yaşlı Namiq Babayev Hacıqabul şəhəri Bakı küçəsində kanalizasiya quyusuna düşüb.
O, aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
