Su obyektlərindən istifadə qaydalarının pozulmasına görə cərimələr açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:

-su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə;

– su obyektlərinin özbaşına tutulmasına;

– su obyektlərindən istifadə üzrə lisenziya və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulmasına görə –

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.