Əlavə təhsil haqqında qanuna dəyişikliklərin edilməsinə ehtiyac var.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı bildirib.

Deputat məktəblərin bir qisminə direktor təyin edilməməsinə də toxunub: “Bu məsələ hansı formada tənzimlənir ki, Azərbaycanda olan orta məktəblərin 1/6-də direktoru yoxdur? Salyanda 20 məktəbdə məktəb direktoru yoxdur. Rayonda Təhsil sektorunun rəhbəri təhsil ilə əlaqəsi olmayan, iqtisadiyyat sahəsində çalışan bir şəxsdir. Qanunvericilikdə optimal yol tapmalıyıq ki, belə hallara yol verilməsin. Digər tərəfdən, repetitorlar bizə ciddi problem yaradır. Bundan başqa, ali məktəbə ikipilləli qəbul var, bu dünyanın heç bir yerində yoxdur. Bu gün Azərbaycanda 100 mindən çox şagird ali məktəbi bitirir, lakin onların yarısı qəbul olur, yarısı kənarda qalır. Peşə təhsilinin təkmilləşdirilməsi üçün qanunvericiliyə yenidən baxılmasına ehtiyac var”.