OLYMPUS DIGITAL CAMERA

Stasionar platformanın məhv edilməsinə və ya təhlükəsizliyinə təhdid yaradan dərəcədə zədələnməsinə səbəb ola bilən qurğu və ya maddəni stasionar platformada qəsdən qanunsuz olaraq yerləşdirmə, yaxud belə qurğu və ya maddənin stasionar platformada yerləşdirilməsi məqsədilə qəsdən qanunsuz olaraq digər hərəkətlər etmə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, qəsdən qanunsuz olaraq stasionar platformanı məhv etmə və ya onun təhlükəsizliyinə təhdid yaradan dərəcədə zədələnməsinə səbəb olan zərər yetirmə

yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Stasionar platformanı zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə və ya hər hansı digər hədə-qorxu yolu ilə qəsdən qanunsuz olaraq ələ keçirmə və ya nəzarətdə saxlama səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“Stasionar platforma” dedikdə təbii sərvətlərin kəşfiyyatı və ya işlənməsi, yaxud digər iqtisadi məqsədlər üçün dənizin dibində daimi olaraq bərkidilmiş süni ada, tikili və ya qurğu başa düşülür.