Partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma, habelə bu maddələri və məmulatları poçtla və baqajla qanunsuz olaraq göndərmə, həmin əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda tətbiq edilən cəzalar məlum olub.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma, habelə bu maddələri və məmulatları poçtla və baqajla qanunsuz olaraq göndərmə, həmin əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.