Bir neçə gündür ailə olaraq böyük həyəcanlı günlər keçirirdik. Mayın 16-da atam Bayraməli Hacıyev kəskin ürək ağrıları ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirildi. Ürəyindən əməliyyat olunmalı idi və böyük tərəddüd içində idik. Ancaq xəstəxananın kardioloqu Maarif Musayevin ilkin tibbi yardımı ilə atamı Gəncə Beynəlxalq Xəstəxanasına  çatdırdıq. Allahımıza çox Şükür həkimlərimiz atamı bizə sağ-salamat geri qaytardı. Yevlax rayon Mərkəzi Xəstəxanasının həkim-kardioloqu Maarif Musayevə, təcili tibbi-yardımın tibb bacısı Flora Kərimovaya və Gəncə Beynəlxalq Xəstəxanasının həkimlərinə xüsusi təşəkkür edirəm. Bu müddət ərzində atama qulluq edən, sağalması üçün əlindən gələni əsirgəməyən bütün tibb işçilərinə təşəkkür edirəm. Artıq xəstələrinizi xaricə aparmağa ehtiyac yoxdur. Ölkəmizdə səhiyyə sahəsində artıq hər cür şərait yaradılıb. Həkim heyətimiz xaricdə təhsil almış təcrübə keçmiş həkimlərdən ibarətdir. Hər birinizin ailəsindən xəstəlik uzaq olsun. Amma belə durumlarda xaicdə təhsil alan, təcrübə keçən həkimlərimizə güvənin. Artıq bizim də savadlı və bacarıqlı doktorlarımız var. Bir daha Azərbaycanımızın həkimlərinə dərin minnətdarlığımı bildirirəm. Var olun! Allah bütün valideynlərimizi qorusun.

Rühəngiz Hacıyeva

Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbin müəllimi