Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın bu ölkədəki səfiri Anna Luyonu qəbul edib.

Heftelik.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər müdafiə sahəsində Ermənistan və Fransa arasında əməkdaşlığa və regional təhlükəsizliyə dair bir sıra məsələləri müzakirə ediblər.

“Səfir Luyonun xahişi ilə müdafiə naziri diplomatı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı məlumatlandırıb”, – məlumatda bildirilib.