İstismarda olan hava gəmisinin məhv edilməsinə və ya onun uçuş təhlükəsizliyinə təhdid yaradacaq dərəcədə zədələnməsinə səbəb ola bilən qurğu və ya maddəni hava gəmisində qəsdən qanunsuz olaraq yerləşdirmə, yaxud belə qurğu və ya maddənin istismarda olan hava gəmisində yerləşdirilməsinə qəsdən qanunsuz olaraq şərait yaratmaya görə tətbiq edilən cəzalar açıqlanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, istismarda olan hava gəmisinin məhv edilməsinə və ya onun uçuş təhlükəsizliyinə təhdid yaradacaq dərəcədə zədələnməsinə səbəb ola bilən qurğu və ya maddəni hava gəmisində qəsdən qanunsuz olaraq yerləşdirmə, yaxud belə qurğu və ya maddənin istismarda olan hava gəmisində yerləşdirilməsinə qəsdən qanunsuz olaraq şərait yaratma səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.