Magistral neft kəmərlərinin (MNK) rəhbər və mühəndis-texniki işçilərinin əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılması üçün müəssisə rəhbərinin əmri ilə xüsusi komissiya (bir və ya bir neçə) yaradılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Komissiyaya əməyin mühafizəsi xidmətinin rəhbərləri və mütəxəssisləri, baş mütəxəssislər (texnoloq, mühəndis, energetik və s.), əməyin mühafizəsi üzrə dövlət əmək müfəttişləri (onlarla razılaşaraq), müvafiq seçkili həmkarlar orqanının nümayəndəsi, nəzarət orqanlarının, o cümlədən Agentliyin (onlarla razılaşmaqla) nümayəndələri daxil edilir.