Magistral neft kəmərləri (MNK) obyektlərinin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğvinə dair layihə sənədləri texniki təhlükəsizlik ekspertizasından keçirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Müsbət ekspertiza rəyi olmayan layihə sənədləri əsasında işlərin aparılması yolverilməzdir.