Fəhlələrə təhkim olunmuş əleyhqazlar sexdə, imkan daxilində iş yerinə yaxın yerdə xüsusi dolablarda (şkaf) saxlanılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İzoledici tənəffüs aparatlarından, işlərin aparılmasının texnologiyasında nəzərdə tutulmuş hidrogen-sulfidin ayrılması ilə əlaqədar əməliyyatların yerinə yetirilməsi və qəza vəziyyətinin yarandığı halda təxirəsalınmaz tədbirlərin görülməsi zamanı istifadə edilməlidir.