Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Belarusa gəldiyini təsdiqləyib.

Heftelik.az-ın məlumatına görə, Aleksandr Lukaşenko Priqojinə təhlükəsizlik zəmanəti verildiyini  bildirib.

Belarus Prezidenti müdafiə naziri Viktor Xrenin “Vaqner”in Belarus ordusuna mane olmayacağını hesab edir. Aleksandr Lukaşenko Viktor Xreninə muzdluların özü ilə bu məsələni müzakirə etməyi təklif etdiyini nəzərə çatdırıb.