ABŞ-da Azərbaycan xairici işlər naziri Ceyhun Bayramov və  Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə görüşü başlayıb.

Heftelik.az-ın məlumatına görə, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyi “Tvitter“-də mpaylaşım edib.

Görüş ABŞ Dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə Virciniya ştatının Arlinqton şəhərində, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutub.

Xatırladaq ki, Entoni Blinken bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyanla ikitərəfli görüşlər keçirib.

Azərbaycan, Ermənistan XİN başçıları, Blinken, görüş