Əmri icra etməmənin CƏZASI

07 İyul 2023, 13:00

Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə yetirilməməsi hərbi xidmət mənafelərinə mühüm zərər vurduqda tətbiq edilən cəzalar açıqılanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.

Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə yetirilməməsi hərbi xidmət mənafelərinə mühüm zərər vurduqda iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər:

– bir qrup şəxs tərəfindən və ya qabaqcadan əlbir olan bir qrup tərəfindən törədildikdə;

– ağır nəticələrə səbəb olduqda—

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.