Xidməti istifadə üçün verilmiş silahı, döyüş sursatını və ya partlayıcı maddələri oğurlamaq məqsədi olmadan aparmaqla fərarilik etmə, habelə bir qrup şəxs tərəfindən fərarilik etməyə görə tətbiq edilən cəzalar açıqılanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.

Xidməti istifadə üçün verilmiş silahı, döyüş sursatını və ya partlayıcı maddələri oğurlamaq məqsədi olmadan aparmaqla fərarilik etmə, habelə bir qrup şəxs tərəfindən fərarilik etmə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ağır şərait zəminində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.