Hesabat ilində Daşınmaz Əmlak alt portfelinə Neft-qaz gəlirlərinin hesabına ümumilikdə 139,6 mln. ABŞ dolları məbləğində yeni investisiya edilmiş, 2022-ci ildə alt portfelin idarə edilməsində ümumilikdə 253,9 mln. ABŞ dolları gəlir əldə edilsə də, portfelə daxil olan valyutaların baza valyutası olan ABŞ dollarına nisbətdə məzənnəsinin dəyişməsi ilə 113,7 mln. ABŞ dolları zərər edilməsi müəyyən edilmiş, həmçinin 2022-ci ildə daşınmaz əmlak alt portfelinin tərkibinə daxil olan Fond investisiyaları üzrə gəlirlilik ən yüksək səviyyədə olub.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.

Daşınmaz əmlak alt portfelinin tərkibinə daxil olan birbaşa investisiyalar üzrə isə Fond investisiyaları və Müştərək investisiyalarla müqayisədə gəlirlilik faizi aşağı olub.