2022-ci ildə  Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 27 895,6 min manat səviyyəsində icra edilib ki, bu da təsdiq edilmiş smeta xərclərinin (33 988,6 min manat) 82,1 faizini təşkil edib.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.

Hesabat ilində ARDNF-nin smeta xərcləri 2021-ci ilin icrası ilə (22 475,0 min manat) müqayisədə 5 420,7 min manat və yaxud 24,1 faiz çox olmuşdur.

ARDNF-nin idarə edilməsi ilə bağlı xərclərin təyinatı üzrə istiqamətləri aşağıdakı kimi olub:

Cədvəl 26. ARDNF-nin idarə edilməsi ilə bağlı xərclərin təyinatı üzrə istiqamətləri, min manatla

                                                                                          

 

 

Xərclər

 

Kod

2022
Təsdiqİcra
1Əməyin ödənişi21000015 348.410 724.569.9%
2Malların (işlərin və xidmətlərin)

satın alınması

22000015 241.713 262.587.0%
3Sosial ödənişlər27000060.774.7123.0%
4Qeyri-maliyyə aktivlərinin satın

alınması

3100003 337.63 833.9114.9%
Xərclərin cəmi:33 988.627 895.682,1%