Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il İş planına və 28 aprel 2023-cü il tarixli Kollegiya iclasının 2-3/3-2-59/2023 nömrəli qərarı ilə təsdiq edilmiş proqrama əsasən Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi aparılıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Auditor hesabatının hazırlanmasında “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunun, Hesablama Palatası Kollegiyasının 2018-ci il 7 dekabr tarixli Q- 152 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarəti tədbirlərinə hazırlıq, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları”nın və INTOSAI-ın peşəkar bəyanatlar çərçivəsinin (IFPP – INTOSAI Framework of Professional Pronouncements) tələbləri nəzərə alınıb və/və ya müvafiq istinadlar edilib.
