Beynəlxalq bazarlarda xam neftin qiymətinin Neft Fondunun büdcəsində nəzərdə tutulmuş orta illik ixrac qiymətilə müqayisədə yüksək olması, xərclərin isə təsdiq edilmiş büdcə göstəricilərinə nisbətən əhəmiyyətli dərəcədə aşağı səviyyədə icra edilməsi, vəsaitlərin idarəedilməsindən əldə olunan gəlirlərin zərərlə və büdcədənkənar xərclərin olmasına baxmayaraq Fondun valyuta ehtiyatlarının ilin əvvəli ilə müqayisədə artmasına şərait yaradıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Buna sübut əməliyyat şirkətlərinin məlumatları, Ödənişlər üzrə beynəlxalq ödəniş sistemindən (Swift) çıxarı və 31.12.2022-ci il tarixə Fondun ümumi aktivləri barədə təqdim edilən rəsmi məlumatlarıdır.
