2022-ci ildə geosiyasi gərginlik, enerji və xammal qiymətlərinin kəskin bahalaşmasından qaynaqlanan inflyasiya və mərkəzi bankların inflyasiyaya qarşı apardığı əks tədbirlər sırasında uçot faizi dərəcələrinin artımı qlobal iqtisadi geriləməyə səbəb olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Həmçinin pandemiya sonrası təchizat zəncirindəki qırılmaların davam etməsi və Çində COVID-19 yoluxma hallarına qarşı qapanma və ciddi karantin tədbirlərinin təkrar gündəmə gəlməsi də iqtisadi geriləməyə öz təsirini göstərib.
Qlobal geriləmə fonunda iqtisadi artım ilə birbaşa əlaqəsi olan səhm maliyyə alətlərində də tərəddüdlər yaşanıb ki, 2022-ci il ərzində qlobal səhm indekslərinin dəyərində 19.5% azalma qeydə alınıb.
