Arxitektura texnoloji avadanlığın və ya proqram təminatının ümumi dizaynı, habelə komponentləri arasında məntiqi və fiziki qarşılıqlı əlaqənin təsviridir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Ehtiyat nüsxənin çıxarılması məlumatların itirilməsi, silinməsi və ya məhv olması halında bərpa edilməsi məqsədilə surətinin çıxarılması, istismar mühiti proqram təminatında və ya texnoloji avadanlıqda real əməliyyatların həyata keçirildiyi istifadə mühiti, funksionallıq proqram təminatında müəyyən bir tapşırığı icra etmək üçün yerinə yetirilə bilən əməliyyatlar toplusudur.
