Texnoloji avadanlığın istismarı müddətində texniki dəstək səviyyələri və onların göstərilmə prosesi müəyyən edilərək sənədləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.

Texnoloji avadanlığın fəaliyyətinin dayandığı hallar üçün alternativ fəaliyyət üsulları müəyyənləşdirilməli və sənədləşdirilməlidir. Texnoloji avadanlığa istehsalçı (təchizatçı) tərəfindən dəstək dayandırıldıqda onun istismardan çıxarılması planı tərtib edilməlidir.