Bank tərəfindən dividend ödənişi, o cümlədən aralıq dividend ödənişi barədə qərar bankın səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Bu zaman müvafiq qərar kənar auditor tərəfindən təsdiqlənmiş (aralıq dividend ödənişləri üzrə kənar auditor tərəfindən yoxlanılmış) illik  (aralıq) maliyyə hesabatları və ya prudensial məqsədlər üçün Mərkəzi Banka təqdim edilmiş illik (aralıq) maliyyə hesabatları əsasında qəbul edilir. Bu zaman hesabatlarda xalis mənfəət fərqli olduqda, bank tərəfindən aşağı olan mənfəət əsas götürülür.